Ana səhifə
15 Noyabr 2018

“Azərsu” abunəçilərinin nəzərinə

“Azərsu” istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması və bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə tədbirləri davam etdirir. 
 

 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əldə olunmuş razılığa əsasən, 2014-cü ilin oktyabr ayından agentliyin Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzində “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılıb. 

Ucnoqta.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, “Asan xidmət” mərkəzində abunəçilər aşağıda təklif olunan xidmətlərdən istifadə edə bilərlər:

- Abonentlərin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi;

- Borc haqqında məlumatın (arayış) verilməsi;

- Smart-sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın verilməsi.

- Səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi (ödənişin bazaya düşməməsi, bazaya düşən ödənişlərin köşklərdə smart-kartlara yüklənməməsi və s. hallarda)

- Yeni smart-kartların verilməsi;

- İtirilmiş və ya zədələnmiş smart-kartların bərpası;

- Qeydiyyatda olan və “Azərsu” ASC-nin Abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart-karta yüklənməsi;

- Smart tipli sayğacın digər smart-sayğacla əvəz olunması səbəbindən yeni smart-kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi;

- Smart-sayğacların istismar qaydaları haqqında məlumatın verilməsi.

Sumqayıt şəhərindəki “Asan xidmət” mərkəzi 15-ci məhəllə 42d ünvanında yerləşir.

Yaxın vaxtlarda abunəçilər Gəncə şəhərində yerləşən “Asan xidmət” mərkəzində də “Azərsu” ASC-nin xidmətlərindən istifadə edə biləcəklər. Qeyd edək ki, hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı “Asan xidmət” mərkəzlərində təşkil olunub. Yaşayış yerindən asılı olmayaraq abunəçilərin bu mərkəzlərdə “Azərsu” ASC-nin xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulmur.

 

Tarix
8 Oktyabr 2014 [15:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin