Amerikalı pop-ulduz Bakıya gəlir

17:10 - 2 May 2017 - MAQAZİN

İyunun 23-25 də Bakıda keçiriləcək növbəti Formula 1 yarışlarının Qran Pri mərhələsi çərçivəsində təşkil olunacaq konsertdə çıxış edəcək ifaçıların adları məlum olub. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin APA-ya verdiyi məlumata görə, şou proqramda amerikalı pop-ulduz Nikol Şerzinger pərəstişkarları qarşısında çıxış edəcək.
Bundan başqa, gecədə "The Black Eyed” və "Back-To-Back” qrupları da səhnədə yer alacaq.
Şou-proqram iyunun 24-də Dənizkənarı Milli Parkda baş tutacaq.

Xəbər xətti