Lənkəranda 15 yaşlı oğlan yük maşınının altında qalaraq ölüb

15:45 - 2 May 2017 - HADİSƏ

Lənkəranda 15 yaşlı oğlan yük maşınının altında qalaraq ölüb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Liman şəhəri ərazisində baş verib.
Rayonun Ürgə kənd sakini, 1974-cü il təvəllüdlü Əsgərov Söhbət Mirkərim oğlunun idarə etdiyi ZİL markalı yük maşının geriyə hərəkət edərkən 2002-ci il təvəllüdlü Əsgərov Ramal Zaman oğlunu vurub. 15 yaşlı oğlan hadisə yerində keçinib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Qeyd edək ki, R. Əsgərov S. Əsgərovun bacısının oğludur.

 
Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Xəbər xətti