Ana səhifə
16 Yanvar 2018

Oqtay Əsədov: “AŞPA-nın yaz sessiyasında Türkiyəyə qarşı yanlış addım atıldı”

 “Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Türkiyəyə qarşı yanlış addım atıldı. Türkiyəni post-monitorinqdən monitorinqə keçirdilər”. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

O bildirib ki, Türkiyə Avropa Şurası Parlament Assambleyasının əsasını qoyan ölkələrdən biridir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da çıxışında AŞPA-nın bu addımını tənqid edib. O deyib ki, burada ikili standartlardan çıxış edilib: "AŞPA-nın məsələlərə iki standartlarla yanaşması yaz sessiyasında bu pik həddinə çatdı. Türkiyə ilə bağlı məruzə hazırlanmışdı. 13 il əvvəl monitorinqdən post-monitorinqə keçirilmişdi. Yaz sessiyasında yenidən monitorinqə qaytarıldı. Türkiyə siyasətçiləri bildirmişdi ki, fikir mübadiləsi aparmağa hazırdılar. Bu addımla Türkiyəni Avropadan ayırmağa çalışırlar”.
S.Səmədov qeyd edib ki, Avropa Şurasında yaranmış vəziyyət burada böhranın olduğunu göstərir.

Tarix
2 May 2017 [12:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ