Çempionlar Liqasında Madrid derbisi

10:25 - 2 May 2017 - İDMAN

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsi start götürəcək. İlk oyun günündə Madrid derbisi baş tutacaq. “Real” öz meydanında “Atletiko”nu qəbul edəcək. 
Son 3 ildə bu komandalar Çempionlar Liqasının finalında 2 dəfə üz-üzə gəliblər ki, hər iki halda da “Real” kuboku başı üzərinə qaldırıb. 
Komandalar  meydana ciddi itkilərlə çıxacaqlar. “Real”da zədə səbəbindən Beyl və Pepe forma geyməyəcək. “Atletiko”da isə eyni problemə görə Xuanfran və Karraskonun meydana çıxmayacağı söylənilir. qol.az


Çempionlar Liqası
Yarımfinal, ilk oyun

2 may

22:45. “Real” (İspaniya) - “Atletiko” (“İspaniya)


3 may

“Monako” (Fransa) - “Yuventus” (İtaliya)

Qeyd edək ki, cavab görüşləri 1 həftə sonra keçiriləcək. 

Xəbər xətti