Bakı və Abşeronda bir gündə 3 yeniyetmə cinayət törətdiyi üçün saxlanılıb

12:28 - 1 May 2017 - HADİSƏ

Bir gündə 3 yeniyetmə cinayət törətdiyi üçün saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 28-də Bakı şəhər sakini Ömərxalid Fərmanova hədə-qorxu gələrək 1000 manat pulunu almaqda şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılıb. Həmin gün Abşeron RPİ-nin əməkdaşları tərəfindən fevralın 20-də rayon ərazisindəki mağazalardan birindən 4 ədəd mobil telefon və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bərdə şəhər sakini olan 1 yeniyetmə saxlanılıb. Abşeron RPİ-nin əməkdaşları tərəfindən aprelin 26-da rayon ərazisindəki apteklərdən birindən 270 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan 1 yeniyetmə saxlanılıb.

Xəbər xətti