Ucarda "Kamaz" "Hyundai" ilə toqquşub

09:10 - 1 May 2017 - HADİSƏ

Ucarda iki avtomobil toqquşub. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Ucar rayonu, Müsüslü kəndində vətəndaşlara məxsus “Hyundai" markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşmasından yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində “Hyundai” markalı minik avtomobilinin qabaq buferi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti