Ana səhifə
26 Aprel 2018

Sabaha olan hava məlumatı açıqlanıb

Aprelin 30-da ölkə ərazisində müşahidə ediləcək hava məlumatı açıqalnıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə  bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 
 Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 Havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-21° isti, Bakıda gecə 9-11° isti, gündüz  18-20° isti olacağı gözlənilir.
 Atmosfer  təzyiqi normadan yüksək  763 mm civə sütunu, nisbi rütubət   gecə 75-85 %, gündüz  60-70 %  təşkil edəcək.
 Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 Havanın temperaturunun gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir. 

Tarix
29 Aprel 2017 [12:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ