Ana səhifə
18 İyun 2018

AŞPA sədri bəyanat yayıb

AŞPA sədri Pedro Aqramunt assambleya tərəfindən onun istefasının tələb olunması və ətrafında baş verən narazılıqlarla bağlı bəyanat yayıb. Pedro Aqramuntun İspaniya parlamentindəki mətbuat katibliyindən APA-ya verilən məlumata görə, bəyanatda bu həftə AŞPA tarixində tamamilə qəribə halların baş verdiyi qeyd olunur.
“Bazar ertəsi və çərşənbə axşamı baş verən,  təəssüf doğuran tamaşa bu assambleyaya və onun üzvlərinə şərəf gətirmir. Aprel sessiyasında gündəlikdə iki məsələ olub.Birinci məsələ assambleyanın bəzi üzvlərinin korrupsiyada ittiham olunması məsələsi idi. Bununla əlaqədar olaraq azad və daxili araşdırma prosesinin yaradılması təsdiq olunub. Digər məsələ olan mənim Suriyaya səfərim ispaniyalı senator kimi mənim şəxsi vəzifəmdir. Mən bununla bağlı bütün sorğulara izahat vermişəm, lakin bir qrup parlamentari bu izahatlardan sui-istifadə edib. Parlament Assambleyasının fundamental prinsiplərinə parlament diplomatiyası vasitəsilə insan haqlarına, demokratiyaya və qanunun aliliyinə hörmətlə yanaşmaq daxildir. Sülh, təmkinlilik və konstruktiv dialoq bizim əsas alətlərimizdir. Buna görə də mən fundamental məqsədlərimizə nail olmaq üçün sizi konsensusa gəlməyə və belə hadisələrin bir daha təkrarlanmaması üçün birgə işləməyə çağırıram”.

Tarix
28 Aprel 2017 [15:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin