Üç ölkənin XİN başçılarının görüşü başa çatıb

14:46 - 28 Aprel 2017 - SİYASƏT

Bu gün Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü baş tutub.Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.Görüş zamanı Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin davam etdirilməsi perspektivləri müzakirə olunub və 2016-cı ilin iyununda Sankt-Peterburq və Vyana sammitlərində əldə olunan razılaşmaların icra olunmasının vacibliyi vurğulanıb.
Nazirlər müzakirə olunan məsələlər barədə əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər. XİN rəhbərlərinin üçtərəfli görüşündən sonra nazirlər ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb və mövzu barədə fikir mübadiləsi aparıblar.

Xəbər xətti