Ana səhifə
17 Oktyabr 2018

Pedro Aqramuntun AŞPA sədrliyi ilə bağlı qeyri-müəyyən vəziyyət yaranıb

Avropa Şurası Parlament Assambleyasının sədri (AŞPA) qurumun Büro iclasında iştirak etməyib. APA-nın məlumatına görə, qurumun yaz sessiyasının bu gün keçirilən iclasına sədrlik edən AŞPA-nın vitse-prezidenti, Mühafizəkarlar qrupunun sədri Rocer Geyl bildirib ki, P. Aqramunt Büro iclasına gəlməyib və istefasını təqdim etməyib.
"Biz də buna görə Pedro Aqramunta AŞPA sədri kimi etimad göstərməyəcəyik və o, Assambleyanı təmsil edə bilməz", - deyə R. Geyl vurğulayıb.
Qeyd edək ki, P. Aqramunt istefa vermədiyindən və Nizamnamədə impiçment proseduru olmadığından onun aqibəti hələlik məlum deyil. Belə davam edəcəyi təqdirdə, Nizamnamədə dəyişikliklər ediləcəyi gözlənilir.
Xatırladaq ki, P. Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Bu isə AŞPA üzvlərinin narazılığı ilə qarşılanıb. Parlamentarilər P. Aqramuna etimadsızlıq məsələsini qaldırıblar.

Tarix
28 Aprel 2017 [13:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin