XİN: "Jurnalistləri düzgün başa düşmək və anlaşıqla qəbul etmək lazımdır"

12:00 - 28 Aprel 2017 - SİYASƏT

Azərbaycan XİN Zaxarovaya cavab verdi
    
Azərbaycanın Xarici işlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ötən gün keçirdiyi brifinqdə azərbaycanlı jurnalistləri təhqir etməsinə münasibət bildirib. Bu barədə Ucnoqta.az-a XİN-nin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir:
 "Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlaşıqla qəbul etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür".

Xəbər xətti