Külək Xaçmazda 5 mərtəbəli binanın damını uçurub

09:08 - 28 Aprel 2017 - ÖLKƏ İÇİ

Güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib. Ucnoqta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Xaçmaz şəhəri, Nəriman küçəsində yerləşən 74 saylı 5 mərtəbəli yaşayış binasının damını külək uçurub. Hadisə zamanı xəsarət alan olmayıb. Güclü külək nəticəsində rayonun elektrik təsərrüfatını da ziyan dəyib, bəzi ərazilərdə ağaclar aşıb.

Xəbər xətti