İki gəmi toqquşdu:15 nəfər axtarılır - Qara dənizdə

16:06 - 27 Aprel 2017 - HADİSƏ

Qara dənizdə Rusiyaya məxsus hərbi gəmi yük gəmisi ilə toqquşub. Hadisə Türkiyə sahilindən 29 kilometr məsafədə baş verib. Qəza yerinə Türkiyənin sahil-mühafizə xidmətinin xilasediciləri cəlb edilib. Son məlumata görə, 45 rusiyalı hərbçini xilas etmək mümkün olub. Hazırda daha 15 nəfərin axtarışları davam edir. (Trend)

Xəbər xətti