Ana səhifə
19 Sentyabr 2018

“İpək yolu"ndan gələn pullar

Cari ilin doqquz ayında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 43,3 milyon ton yük, 229,5 milyon nəfər və ya 7,7 faiz çox sərnişin daşınmışdır.

 

 

Ucnoqta.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dəhlizdə daşınmış yüklərin 49,9 faizi avtomobil, 34,3 faizi dəmir yolu, 15,8 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 5,8 faiz artım qeydə alınmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 21,4 faizini və ya 9,3 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
Yük daşımaları fəaliyyətindən 377,3 milyon manat, sərnişin daşınmasından isə 80,2 milyon manat gəlir əldə olunmuş və ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,4 faiz və 12,9 faiz artmışdır. 

 

Bəhruz

Tarix
18 Noyabr 2014 [10:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin