Qoşunların qarşıdurma xəttində monitorinq keçirilib

13:51 - 27 Aprel 2017 - Xəbər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 27-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisində qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Mixail Olaru, Ermənistan tərəfindən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər.
 

Xəbər xətti