Özündən 28 yaş kiçik qızla evlənən polkovnikin keçmiş həyat yoldaşından AÇIQLAMA

12:48 - 27 Aprel 2017 - Cəmiyyət

Ötən gün özündən 28 yaş kiçik qızla evlənməsi ilə gündəmə gələn 60 yaşlı polkovnik Əzizağa Qənizadənin 2-ci həyat yoldaşı maraqlı açıqlamalar verib. Bu barədə baku.ws-ə danışan Gültamam Qənizadə keçmiş həyat yoldaşının psixoloji problemlərinin olduğunu söyləyib. O bildirib ki, dəfələrlə xəyanətə məruz qalıb və boşandıqdan sonra keçmiş əri ondan ev və pul tələb edib. “Biz boşandıqdan sonra mənə və ailəmə hədə-qorxu gəlməyə başladı. Biz atamın mənə verdiyi evdən məcbur qalıb ona 20 min dollar verdik. O, məni iki körpə uşaqla məhkəmələrdə süründürdi. Daha sonra məni başqa cür hədələməyə başladı. Atamın mənə hədiyyə etdiyi iki avtomobili, torpaq sahəmi əlimdən aldı. Birinci həyat yoldaşından olan oğlunu evə gəlməyə qoymurdu. Hazırda ailə qurduğu qadın Gülşən xanım imkan vermir ki, o, uşaqları ilə görüşsün. Qənizadə mənim uşaqlarımı rədd edir. Uşaqlarına qətiyyən baxmır, onlarla maraqlanmır. Mən ondan heç nə tələb etmirəm. O, oğlu yaşında qızla evlənir. Yalandan deyir ki, guya biz 10 ildir ayrılmışıq. Halbuki aradan 4 il keçib. Onun birinci həyat yoldaşı çox gözəl insan idi. Onu Qənizadə Əzizağa çox pis günə qoyub. Ondan da ev tələb edib. Nəticədə 20 min dollarlıq kompensasiya alıb. İlk həyat yoldaşı Yeganə xanım 18 yaşlı qızlarının xəstə olduğunu və ona müalicəsində köməklik etmək üçün dəfələrlə yalvarırdı. Əzizağa onu cavabında əxlaqsız söyüşlərlə təhqir edirdi. Daha sonra qız dünyasını dəyişdi. Mən onunla ailə qurduqdan sonra onun necə insan olduğunu öyrənmişəm. Mən Bakı Dövlət Universitetinin məzunuyam. Fizika üzrə fəlsəfə doktoruyam, Fizika İnstitutunda çalışıram”, - deyə Gültamam Qənizadə bildirib.  Xatırladaq ki, ötən gün ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadənin 32 yaşlı qızla evlənməsi xəbəri yayılmışdı.

Xəbər xətti