Zabit Səmədovun növbəti rəqibinin adı açıqlanıb

12:46 - 27 Aprel 2017 - İDMAN

Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov növbəti görüşünü mayın 13-də Türkiyədə keçirəcək. "Report"un məlumatına görə, 33 yaşlı idmançı belçikalı Frederik Sinistra ilə üz-üzə gələcək. Gebze İdman Sarayında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Digər döyüşlərin də keçiriləcəyi gecəyə bir çox siyasətçi, iş adamı və idmançı qatılacaq. Görüş TV8,5 kanalı vasitəsilə canlı yayımlanacaq. 

Xəbər xətti