Yoxsullar dərmana 70 qəpik ödəyəcək

11:46 - 27 Aprel 2017 - Xəbər

Azərbaycanın ən yaxın qonşusu olan Gürcüstan səhiyyə sahəsində maraqlı addım atmağa hazırlaşır. Səhiyyə Nazirliyi ümumilli səhiyyə proqramı çərcivəsində sosial müdafiəsi olmayan, yoxsul insanlar üçün sərfəli addım atmağı təklif edib. Belə ki, onlardan həyati vacib dərmanlar üçün simvolik ödəniş alınacaq. Bu ilin yayından başlayaraq sosial müdafiəsi olmayan və ya tənha təqaüdçülər - bu isə 500-600 min Gürcüstan sakini deməkdir - hər ay xroniki xəstəliklərin müalicəsi üçün lazım olan tibbi ləvazimatları 1 lariyə (təqribən 0.70 manat) alacaqlar. Bunun üçün hökumət 4 milyon lari vəsait ayırıb. "Ümumilikdə 24 adda dərmanın alışı planlaşdırlır. İnsanlar maksimum 1 lari ödəməli olacaqlar. Bundan başqa onlar  lazımi dərmanların 3 aylıq ehtiyatını da əldə edə biləcəklər", deyə səhiyyə nazirinin müavini bildirib. (istipress)

Xəbər xətti