Ana səhifə
21 Sentyabr 2018

Sabiq deputat edam edildi

İŞİD-in İraqda 19 nəfəri edam etməsi ilə bağlı xəbər yayılıb. Lent.az-ın xəbərinə görə, iraqlı hüquq müdafiəçisi Murtəza Musa “Anadolu” agentliyinə açıqlamasında, İŞİD tərəfindən bir ay əvvəl girov götürülmüş əslən türkman olan, keçmiş millət vəkili İman Məhəmməd Yunus əs-Salmanın edam edildiyini bildirib. Hüquq müdafiəçisi terrorçuların millət vəkilinin meyitini ailəsinə təhvil verməkdən imtina etdiyini qeyd edib: “Çox güman əs-Salmanın meyiti Təlafardakı Allu Anter quyusuna atılıb”. Kürdüstan Demokrat Partiyasının (KDP) Mosul şöbəsinin sədri Səid Memo Mosul yaxınlığındakı Əl-Beac bölgəsində İŞİD-in bir ay əvvəl səbəb göstərmədən 15 nəfəri edam etdiyini söyləyib. Səlahəddin vilayətindəki tayfaların rəhbəri Xamis əl-Cəbbarə Əl-İlm qəsəbəsində İŞİD terrorçularının 3 nəfəri edam etdiyini açıqlayıb.

Tarix
8 Oktyabr 2014 [14:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin