Sabaha olan hava məlumatı açıqlanıb- 22° isti

12:36 - 26 Aprel 2017 - ÖLKƏ İÇİ

Aprelin 27-də ölkə ərazisində müşahidə olunacaq hava məlumatı açıqalnıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 6-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 6-8° isti, gündüz  17-19° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunu, nisbi rütubət   gecə 65-75 %, gündüz  50-60 %  təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir. 

Xəbər xətti