Lerikdə yanğın hadisəsi baş verib

08:58 - 26 Aprel 2017 - HADİSƏ

Lerikdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Lerik şəhərində vətəndaşa məxsus ümumi sahəsi 61 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar 15 m2 sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti