Ana səhifə
22 Yanvar 2018

Millət vəkilindən şok açıqlamalar: "Villalarda yaşayanlar..."

Millət vəkili Yevda Abramov Milli Məclisin bugünkü plenar iclasında yenidən sərt çıxışı ilə yadda qalıb. O çıxışında qeyd edib ki, “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikdə təklif edilən girov məsələsini iki icra orqanı aralarında müəyyənləşdirə bilmir: “Valyutadəyişmə məntəqələrinin sayını azaltmaq lazımdır. Amma 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdirlər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir gətirsinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və “Primorski”də öz villalarında yaşayan şəxslər qəza xidməti maşınlarında çamadanlarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir gətirərdi?!

Mən qeyd edim ki, babalarımızın, nənələrizin “sandıq pulu” var. Xalq çaşıb qalıb. Bilmirlər ki, pulunu hansı valyutada  saxlasınlar. Əslində bizi fırladırlar, xalqı fırladırlar. Qoyun, bir düzəngaha, azadlığa çıxaq. Cənab prezident gecə-gündüz işləyir. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur. Ona görə də mən bu qanuna ikiəlli, ikibarmaqlı səs verəcəm”.(“qafqazinfo”)

Tarix
25 Aprel 2017 [14:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ