Rusiya XİN-nin sözçüsü: "Qəlbim ermənilərlədir" - FOTO

12:31 - 25 Aprel 2017 - DÜNYA

Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarova dünən qondarma "erməni soyqırımı" münasibətilə Facebook-dakı profilində ermənilərə dəstək verib.Ucnoqta.az İstiPress-ə istinadən xəbər verir ki, Rusiya XİN-nin sözçüsü ermənipərəst olduğunu sübut edib: "Kimsə "soyqırım" sözünü tanımır, kimsə qurbanların sayını şübhə altına alır, "olub-olmayıb" müzakirələri aparır. Rusiyanın Dövlət Duması hələ 1995-ci ildə "Erməni xalqının tarixi vətənində - Qərbi Ermənistanda 1915-1922-ci illərdə soyqırımın pislənməsi haqqında" qərar qəbul edib. BMT-nin Nyu-Yorkdakı binasından bir neçə dəqiqəlik məsafədə erməni kilsəsi var. Oraya girdim. Bu gün harada olmağımızdan asılı olmayaraq qəlbim erməni xalqı ilədir".


Xəbər xətti