Ana səhifə
17 İyul 2018

Bakı Metropoliteni “plagiat iddiası”nı rədd etdi

“Bakı Metropoliteninin köhnə loqosu da “M” hərfindən ibarət idi. Bir çox metropolitenlər də “M” hərfindən istifadə edir. Bizim yeni loqoda da “M hərfi” var, altında da metro sözü yazılıb”. Ucnoqta.az xəbər verir ki, bunu Modern.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu gün təqdim olunan yeni loqonun plagiat olduğunu idda edənlərə cavab olaraq bildirib.

Onun sözlərinə görə, oradakı rənglər də Bakı Metropoliteninin xətlərini təmsil edir. “Yəni, yaşıl və qırmızı xətlərimiz var, bənövşəyi xəttimiz tikilir. Sarı və mavi xətlərimiz də olacaq. Hesab edirəm ki, bunun üçün plagiatlığa ehtiyac yoxdur. ideya da özümüzündü, müəllif də özmüzük”.

Qeyd edək ki, bu gün Metropolitenin yeni loqosu təqdim olunub. Sosial şəbəkələrdəki müzakirələrdə Bakı Metropoliteninin yeni loqosu “Milli Kart” prosesinq mərkəzinin loqosunun eynisi olduğu iddia edilib. 

 

Tarix
29 Sentyabr 2014 [16:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin