Ana səhifə
22 Sentyabr 2018

“Qapını döymədən” evə girənlər cərimə olunacaq

Azərbaycanda mənzil toxunulmazlığının pozulmasına görə cərimələrin məbləği artırılır. Trend xəbər verir ki, Cinayət Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni layihəyə görə, qanunla müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmaya görə cərimələrin miqdarı 1000 manatdan 2000 manatadək artırılır. Hazırda isə bu cərimələrin məbləği 100 manatdan 500 manatadəkdir. Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozmaya görə 100 manatdan 500 manatadək olan cərimələrin də məbləği 1000 manatdan 2000 manatadək artırılır. Qeyd edək ki, bu dəyişiklik Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək. 

Tarix
25 Aprel 2017 [11:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin