Azərbaycanda bütün qəbirlər eyni formada olacaq – VİDEO

11:43 - 25 Aprel 2017 - ÖLKƏ İÇİ

Azərbaycanda nümunəvi qəbiristanlıqlar yaradılacaq. Bunun üçün qanun layihəsi hazırlanıb və müvafiq qurumlarla müzakirə edilib. Yeni qəbiristanlıqda bütün qəbirlər eyni formada olacaq və yerlər üçün standart qiymət tətbiq ediləcək. Qəbirlərin təmizliyinə və təhlükəsizliyinə 24 saat nəzarət ediləcək. Ölkənin bütün şəhər və kəndlərində yaradılması nəzərdə tutulan belə qəbiristanlıqlar üçün yeni qanun layihəsinin yaxın aylarda müzakirə ediləcəyi gözlənilir. Bundan sonra nümunəvi qəbiristanlıqların dəqiq yerləri müəyyənləşdiriləcək.(xezerxeber)

Xəbər xətti