Gürcüstan prezidentinin qaynı 4 il müddətinə azadlıqdan məhrum edilib

16:27 - 24 Aprel 2017 - DÜNYA

Tiflis şəhər məhkəməsinin qərarı ilə Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin qaynı Mixail Mqaloblişvili 4 il azadlıqdan məhrum edilib. Ucnoqta.az-ın Apa-ya istinadən xəbərinə görə, xəbəri Gürcüstanın İctimai Televiziyası yayıb.
M. Mqaloblişvili qanunsuz silah əldə etmə və  saxlamaqda günahlandırılır. O artıq 4-cü aydır həbsdədir.
Qeyd edək ki, Gürcüstanın birinci xanımı qardaşının məhkəmə prosesində iştirak edib.

Xəbər xətti