Ana səhifə
19 Sentyabr 2018

“Lineynin gözəllik kraliçası” yenidən səhnədə

Ötən istirahət günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan teatr məkanında ilk dəfə olaraq məşhur dramaturq Martin MakDonaxın “Lineynin trilogiyası”na daxil olan 3 əsərindən biri – “Lineynin gözəllik kraliçası” tamaşası növbəti dəfə nümayiş etdirilib. 
Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Böyük Britaniyalı rejissor Yan Vilyem Van Den Boş, quruluşçu rəssamı Liza Kuk (Böyük Britaniya), işıq üzrə rəssamı Maykl Manyondur (Böyük Britaniya). 

Tamaşada əsas obrazları Əməkdar Artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova, Eşqin Quliyev ifa ediblər.
Pyesanın süjet xətti Meq adlı, 70 yaşlı xudbin və hiyləgər anasına qulluq edən 40 yaşlı, ərə getməmiş Morin Folan adlı qızın taleyini izləyir. Morinin bacıları ərə gedərək, bu aqibətdən canlarını qurtarıblar. Keçmişdə ruhi xəstəliyə düçar olmuş Morin isə anası ilə qeyri-sağlam münasibətlər mühitində ilişib qalıb. Xaricdən qayıtmış, lakin tezliklə yenə yola düşəcək Pato Dulinin gəlişi xoşbəxtliyə qovuşmaq şansını Morinə bəxş edəcəkmi?
Məlumat üçün bildirək ki, Martin MakDonaxın hazırda 3 əsəri “Lineynin gözəllik kraliçası”, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” ADGTT-nın repertuarında möhkəm yer tutaraq 2014 və 2016-cı illərdə RF-in Perm şəhərində keçirilmiş I və II “Martin MakDonax” Beynəlxalq Teatr Festivallarında nümayiş olunub, “Yalqız Qərb” tamaşası Beynəlxalq Münsiflər heyətinin qərarına əsasən Festival Prezidentinin əsas mükafatına, “Gözəllik kraliçası” tamaşası isə Festivalın “ən yaxşı tamaşa” nominasiyasına layiq görülüb. 
Gələn ay ölkəmizdə keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları” müddətində kollektiv hər üç tamaşanı ölkəmizə təşrif  buyuran qonaqlar və xarici turistlər üçün də nümayiş etdirəcək. 

Tarix
24 Aprel 2017 [15:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin