Balakəndə ikimərtəbəli 8 otaqlı ev yanıb

14:16 - 24 Aprel 2017 - HADİSƏ

Balakən rayonunda vətəndaşa məxsus 8 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 280 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyü və 2-ci mərtəbəsinin tavanı 140 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti