Bakıda məktəb direktoru yıxılaraq ölüb

10:45 - 24 Aprel 2017 - HADİSƏ

Bakıda məktəb direktoru faciəli şəkildə ölüb. Ucnoqta.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə İnşaatçılar prospekti, 33A ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Polad Hüsnü oğlu Əjdərov yıxılaraq ölüb.
Polisdən bildirilib ki, P. Əjdərov məktəb direktoru olub.

Xəbər xətti