Ana səhifə
24 Aprel 2018

“CinemaPlus”da “Super Alibi” komediya filminin Azərbaycan dublyajı

Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus” ilk dəfə olaraq 18+ reytinqli “Super Alibi” filmini azərbaycan dilinə peşəkar dublyaj edərək nümayişlərə başlayıb. 
Film 2017-ci ildə "Cinemazadeh" studiyasında dublyaj olunub. Dublyajın Direktoru Cəfər Axundzadə, Prodüseri Tural Əsədov, Baş redaktoru Xətai Əli, Rejissoru Rövşən Məmmədli, Masterinq Azad Vəliyev, Səs-rejissoru Orxan Həsənli, Tərcüməçisi Xumar Quluzadə, Post-prodakşn supervayzeri Vüqar İslamzadədir.
 Filmi Əməkdar artist Sənubər İsgəndərli, aktrisa Oksana Rəsulova aparıcı Günel Hümbətova və Vüsal Xalıqoğlu, Vüsal Murtuzəliyev, Rövşən Məmmədli kimi peşəkar aktyorlar daxil 15-dən çox aktyor və aktrisalar səsləndirmişdir. 
Qeyd edək ki, Fransız komediyası "Cinemazadeh" studiyasının sayca 8-ci dublyaj filmidir.
Komediya filminin rejissoru Filipp Laşo. Filmdə rolları Filipp Laşo, Elodi Fontan, Julyen Arruti  və Tarek Budali kimi aktyorlar oynayıb. 
Həyat yoldaşından gizlin dostlarla birgə futbolda sakit istirahət etmək üçün günahsızlıq lazımdır? Məktbəbdə bəhanə lazımdır? Müraciət edin! Bazar günlərində ailənizdən ayrı istirahət etmək qərarlaşdırmısız? Biz əlaqədəyik! Qreqin və onun dostlarının bu startapı artıq möhtəşəm uğur əldə edib...
Lakin o, xəyallarının qızı, hansı ki, bütün xəyanətkarlara və yalançılara nifrət edən Flo ilə rastlaşdıqdan sonra öz fəaliyyət sahəsini gizlətməyə məcbur olur. Qreqin yalan toru o qədər çətinləşir ki, dünyanın ən yaxşı yalan danışanı olduğu halda vəziyyətdən çıxmaq üçün xeyli fürsət tapmalıdır....
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  

 

Tarix
23 Aprel 2017 [10:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ