Xaçmazda 5 otaqlı ev yanıb

09:33 - 23 Aprel 2017 - HADİSƏ

Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 07:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti