Ermənistanda rus hərbçisi qətlə yetirilib

20:35 - 22 Aprel 2017 - DÜNYA

Ermənistanda rus hərbçisi qətlə yetirilib. Ucnoqta.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının hərbçisinin meyiti Gümrü şəhərində tapılıb.Erməni polisi onun kəsici alətlə qətlə yetirildiyin təsdiqləyib. Şahidlərin sözlərinə görə, əsgər Dmitri Yalpayev bıçaqla  qətlə yetirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb. Cinayətdə şübhəli bilinən şəxs saxlanılıb.

Xəbər xətti