Gəncədə iməcilik keçirilib- 10000-dən çox ağac əkildi

17:58 - 22 Aprel 2017 - Cəmiyyət

Gəncədə ümumşəhər iməciliyi keçirilib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, keçirilən ümumşəhər iməciliyində və ağacəkmə aksiyasında şəhərin bütün idarə, müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. İməcilikdə ərazilər ot-alaqdan təmizlənib, əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan şam ağacları əkilib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, Heydər Əliyev Park Kompleksində, Nizami Gəncəvinin Məqbəsinin ətrafında, müxtəlif küçə və prospektlərdə, şəhərin hər tərəfdən giriş hissələrində həyata keçirilən iməcilikdə şəhər ictimaiyyəti yaxından iştirak edir. Ümumilikdə 10.000-dən çox ağac əkilib. Bu gün əkilən ağaclar özünün inkişaf, çiçəklənmə dövrünü yaşayan Gəncə şəhərinin, Azərbaycanın yaşıllaşmasına, ekoloji təmizliyinə böyük töhfə verəcək.


Xəbər xətti