Bakıda 23 yaşlı oğlan bıçaqlanıb

09:47 - 22 Aprel 2017 - HADİSƏ

 Bakıda 23 yaşlı oğlan metro stansiyasının yaxınlığında bıçaqlanıb. Ucnoqta.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, metronun "Əhmədli" stansiyasından çıxan 1994-cü il təvəllüdlü Quliyev Kamran Sənan oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti