Cəlilabadda avtomobil yanıb

09:12 - 22 Aprel 2017 - HADİSƏ

Cəlilabad rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Cəlilabad rayonu, Qarazəncir kəndində (rayon mərkəzindən 12 km aralı) “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı elektrik dirəkləri yanğından mühafizə olunub.
Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti