Püşk atıldı: “Yuventus”- “Monako”, “Real” - “Atletiko”

14:36 - 21 Aprel 2017 - İDMAN

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələlərinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində atılan püşkatma yarımfinal cütlükləri məlum olub.
Alman “Bavariya”sına qalib gələn “Real Madrid” yarımfinalda digər Madrid klubu “Atletiko” ilə üzləşəcək.
Yarımfinalın digər tərəfində isə son turda “Barcelona”ya qol şansı verməyən “Yuventus” Fransa “Monako”sı ilə gücünü sınayacaq.
Yarımfinal mərhələsinin ilk oyunları mayın 2-3-də, cavab qarşılaşmaları mayın 9-10-da keçiriləcək. Final görüşü isə iyunun 3-də oynanılacaq.

 
“Real” (İspaniya) - “Atletiko” (İspaniya)
“Monako” (Fransa) - “Yuventus” (İtaliya)

Xəbər xətti