Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılır

10:33 - 21 Aprel 2017 - İDMAN

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi olacaq. Mərasimdə yarımfinal cütlüklərinin kimliyinə aydınlıq gələcək. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Çempionlar Liqasında yarımfinala aşağıdakı komandalar yüksəliblər.
“Real” (Madrid, İspaniya), “Monako” (Fransa), “Yuventus” (İtaliya), “Atletiko” (Madrid, İspaniya)
Püşk açıq şəkildə keçiriləcək və bütün komandalar bir-birilərinə rəqib ola bilərlər.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində oynanılacaq.qol.az

Xəbər xətti