Ana səhifə
24 Sentyabr 2018

Uşaqlıqları bir yerdə keçən ifaçılar barışdılar

Vüqar Muradov: «Düz danışan, sözü üzə deyənəm, tamaşaçı da bunu qəbul etmir»

 

 

ATV-də yayımlanan “Kimdir nömrə1?” yarışmasındakı qalmaqallar davam edir.  Ötən həftə duelə çıxan müğənni Elvin Abdullayev və Vüqar Muradov “Onlar”a müsahibə veriblər. Yarışmada qalib olan E.Abdullayev həmkarı ilə aralarındakı söz-söhbətdən danışıb: “Mənim üçün əsas bu duel idi. Qalib oldum. Vəziyyət normallaşdı. Vüqar məni çox zəif görürdü. Hətta efirdə dedi ki, Elvinin tanıdıqları mənə təzyiq göstərir. Mənim ətrafımdakıların heç Vüqarla şəxsi tanışlıqları yoxdur. Mümkün deyil... Əsas odur ki, Elvin qalib oldu. Sevinənləri də, sevinməyənləri də öpürəm”.

Məğlub olan V.Muradov isə buna sevindiyini deyib: “Həmişə qalib olan məğlubiyəti ilə də barışmalıdır. Biz qanlı düşmən deyilik. Uşaqlıqda Elvinlə bir yerdə böyümüşük. Qulağıma çatanı dedim, yalan söyləmədim. İnsanlar deyir ki, kobudam, qalmaqal edənəm. Artıq belə söz-söhbətlər olmayacaq. Özüm də istəyirdim ki, uduzum, canım qurtarsın, gedim. Dilimi dinc saxlamayacaqdım. Düz danışan, sözü üzə deyənəm, tamaşaçı da bunu qəbul etmir. Allah məni istədi ki, buradan gedəsi oldum”.

 

 

Qeyd edək ki, E.Abdullayev və V.Muradov kamera qarşısında qucaqlaşıb barışıblar.

Tarix
17 Noyabr 2014 [18:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin