Ana səhifə
18 Noyabr 2018

ARDNŞ-nin Türkiyədə ən böyük aktivi istehsal gücünü artırıb

ARDNŞ-nin Türkiyədə ən böyük aktivi olan “Petkim” neft-kimya holdinqi illik istehsal gücünü 13% artıraraq 3,2 milyon tondan 3,6 milyon tona çatdırıb.

 

 

Ucnoqta.az xəbər verir ki, bu göstərici etilen və PTA zavodlarına 144 milyon dollar sərmayə qoymaqla əldə olunmuşdur. Etilen zavodunun illik istehsal gücü 520 min tondan 588 min tonadək artırılmışdır. “Petkim”in baş direktoru Sadəddin Qorqud bildirmişdir ki, istehsal gücünün artımı ilə şirkətin müəssisələrində təbii qaz sərfi azalacaq, məhsuldarlıq və mənfəət isə artcaqdır. Qorqud külək elektrik stansiyası və Petkim konteyner limanı layihələri ilə bağlı intensiv iş getdiyini, gələn ilin sentyabr ayında artıq limana ilk gəmilərin yanaşacağını bildirmişdir. Külək elektrik stansiyası tikintisinin 2015-ci ilin sonunda tamamlanması planlaşdırılır. Bu layihənin ilk mərhələsi başa çatdıqdan sonra stansiya şirkətin elektrik enerjisinə olan ehtiyacının 12%-ni ödəmiş olacaq.

 

Bəhruz

Tarix
17 Noyabr 2014 [17:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin