Ana səhifə
16 Noyabr 2018

Neftin ucuzlaşması benzinin qiymətinə təsir etmir

Samir Əliyev: «Heç kim gözləməsin ki, benzin nə vaxtsa ucuzlaşacaq”.

 

 

London birjasında artıq yanvar ayı üzrə füçers müqavilələrinin bağlanmasına başlanıb. Hazırda Brent markalı neftin bir barrelinin qiyməti 78 dollardan bir az çoxdur. Azərbaycan neftinin Brentdən baha olduğunu nəzərə alsaq, Azeri light markalı neftin bir barrelinin təqribən 80 dollara satıldığını ehtimal etmək olar. Bu o deməkdir ki, gələn ilki dövlət büdcəmizi doldurmaq üçün birjaya çıxardığımız neft  80 dollara satılır. Ancaq büdcə layihəsində bu hədd 90 dollar nəzərdə tutulub. İqtisadçı ekspert Samir Əliyevin fikrincə, 2015-ci ilin dövlət büdcəsində neftin baza qiymətinin 80 dollar götürülməsi məqsədəuyğundur: “Ümid edirəm hökumət nümayəndələri və millət vəkilləri bu amili nəzərə alaraq neftin baza qiymətini azaldacaqlar. Onsuz da neft bahalaşsa, büdcə qanunvericiliyi imkan verir ki, onun xərclərini ilin ortasında artırsınlar. Necə ki, əvvəlki illərdə belə təcrübə var. Ancaq real büdcə təsdiqlənməsə bunun acı fəsadları çox pis olacaq”.

 

Ekspert deyir ki, füçers müqavilələri gələcəkdə alınması nəzərdə tutulan neft üçün bağlanır: “Ancaq bu, birdəfəlik yox, çox dəfəlikdir. Gələn həftə qiymət 70 dollara düşsə, nəzəri cəhətdən həmin qiymətə müqavilə bağlanacaq. Amma reallıqda fərqli də ola bilər. Ola bilsin ki, yanacağın bir barrelinin qiyməti 70 dollara düşəndə alqı-satqı olmasın. Bu, asılıdır alqı-satqı prosesindən. Tendensiyanı izləyənlər təxmin edirlər ki, neftin daha da ucuzlaşması mümkündür. Bu vəziyyətdə isə gözləmə mövqeyində dururlar. Şəxsən mən indii neftin barrelini 80 dollara almaram. Gözləyərdim. Bu prosesi bizdən də yaxşı bilənlər var”.

S.Əliyev qeyd edir ki, 2014-cü ildə bir barrel üçün orta qiymət 100-dən aşağı olmayacaq: “9 aylıq göstəriciyə görə bu 108 dollar idi. Dekabrda bir barrel üçün qiymət 70 dollar olsa belə, orta illik göstərici təxminən 102 dollar olacaq. Ona görə də, bu il üçün dövlət büdcəsmi üçün təhlükə yoxdur. Bəs, neftin qiyməti  aşağı düşürsə, bu benzinin ucuzlaşmasına təsir edəcəkmi? Samir Əliyev bildirdi ki,  ötən ilin dekabrında benzin bahalaşdı. Səbəb kimi aksiz vergisinin artırılması göstərildi. Sonra fevralda aksiz vergisi nəinki əvvəlki səviyyəsinə, hətta daha aşağı endirildi. Ancaq gözlənildiyinin əksinə olaraq benzin ucuzlaşmadı. Ona görə də heç kim gözləməsin ki, benzin ölkəmizdə nə vaxtsa ucuzlaşacaq”.

Maraqlıdır, neft bahalaşanda, benzindən tutmuş ərzaq məhsullarına qədər hər şeyin qiyməti artır. Belə olan halda beynəlxalq təcrübədəki kimi neft ucuzlaşanda, buna uyğun olaraq hər şey də ucuzlaşmalıdır. Amma Azərbaycanda vəziyyət tam fərqlidir. İstər neft bahalaşsın, istərsə də ucuzlaşsın, benzində qiymətlər yüksələn xətlə inkişaf edir.

 

İqtisadçıların sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nə qədər yanacaq bazarında təbii inhisarçı olacaqsa, üstəlik də benzinin qiymətlərini Tarif Şurası müəyyən edəcəksə, onda heç bir ucuzlaşmadan danışmaq olmaz. Azərbaycanın yanacaq bazarında nəinki normal rəqabət mühiti, heç rəqabət elementləri də yoxdur. Dövlət monopoliyası isə tək qapıya futbol oynamaq kimi anormal durum yaradır – bazarda başqa oyunçular olmadığından istənilən qiyməti diktə edirlər. 
Müsahibimiz deyir ki, yanacaq məhsulları ucuz olan ölkələrdə iqtisadiyyat tam şaxələnib: “Burada bir sektorun dominantlığı yoxdur. Hətta qonşu Gürcüstan hökuməti benzinin qiymətini qaldırıb büdcəni doldurmaq siyasəti yeritmir. Əksinə, hökumətlər enerji qiymətlərinin ucuz olmasında maraqlıdır ki, inflyasiya risklərini minimuma endirsin”.

 

Xatırladaq ki, Azərbaycan büdcəsi, neft sektorundan, o cümlədən də benzin satışından asılı durumdadır. Belə ki, neft sektorunun payı büdcədə 70 faizdən çoxdur. Neft hasilatı və qiyməti azalan kimi büdcədə boşluqlar yaranmağa başlayır. Hökumət də məcbur olur ki, benzinin qiymətini qaldırmaqla büdcədəki boşluqları doldursun. Neftdən asılı iqtisadiyyatla şaxəli iqtisadiyyat, inhisarçı mühitlə rəqabət mühiti arasındakı fərq də elə budur.

 

 

Əfsun

Tarix
17 Noyabr 2014 [23:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin