Arturo Vidal: "O, verdiyi qərarlara görə utanmalıdır"

11:31 - 19 Aprel 2017 - İDMAN

"Bavariya"nın futbolçusu Arturo Vidal Çempionlar Liqasının 1/4 finalında "Real" uduzduqları matçdan (2:4) sonra fikirlərini bildirib.Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, turnir mübarizəni dayandırmalarında hakim Viktor Kaşşainin rolu olduğunu deyib:
"Məğlub olmağımızın səbəbkarı hakimdir. İki böyük komandanın Çempionlar Liqasındakı matçında belə haqsızlıq olmamalıdır.Yarımfinala yüksəlmək istəyirdik, ancaq qalibi hakim müəyyənləşdirdi. Viktor Kaşşainin etdiyi bəzi səhvlər bizi nokauta saldı və Çempionlar Liqasından uzaqlaşdırdı. O, verdiyi qərarlara görə utanmalıdır".

Xəbər xətti