Masallıda şəhidin 50 illiyi ilə bağlı anım tədbiri keçirilib

16:34 - 18 Aprel 2017 - ÖLKƏ İÇİ

<span style="\\&quot;line-height:" 1.6em;\\"="">Aprelin 18-də Masallı rayonunun Hişkədərə kəndində Azərbaycan bayrağı ordenli şəhid Ağayev Elşad Aşur oğlunun 50 illiyi ilə bağlı anım tədbiri öz adını daşıdığı məktəbdə keçirilib.

Tədbirdən xeyli əvvəl Respublika səviyyəsində öz zəngin ənənə və məzunları ilə tanınan Hişkədərə kənd məktəbində bir neçə istiqamətdə müsabiqə və yarışlar keçirilib. Tədbirdə Milli Məclisin deputatı Elmira Axundova da iştirak edib. Anım tədbirində şəhidin yaxınları, keçmiş sinif yoldaşları,kənd sakinləri çıxış edərək Elşad Ağayevin həyat və döyüş yolundan danışaraq xoş xatirələrini bölüşüblər. Şəhidə həsr olunan video çarxa baxılıb. Tədbirdə qeyd olunub ki, Elşad Ağayev 1992-ci ilin martında könüllü olaraq ordu sıralarına qoşulub. Müdafiə Nazirliyinin Baş Qərargahının xüsusi təyinatlı dəstəsində xidmət edib. 1993-cü il dekabrın 10-da rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb. Düşmənin Beyləqan istiqamətində hücumunun  qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub. AR prezidentinin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə Dövlət bayrağı ordeni ilə təltif olunub. Bir neçə ildən sonra ümummilli liderimiz Heydər Əliyev bu yüksək dövlət mükafatını qəhrəmanın anası Dilşad xanıma şəxsən təqdim etmişdir.
Tədbirdə çıxış edən deputat Elmira Axundova bunları qeyd etdi: "Mən özüm jurnalist kimi müharibə illərində mütəmadi olaraq cəbhə bölgəsində olurdum. Bizim millət düşmənə qarşı həqiqətən qəhrəmancasına döyüşüb. Azərbaycanda yaşayan bütün millətlər vahid azərbaycan xalqını təşkil edir. Azərbaycanın bütün guşələri çoxlu sayda şəhid verib, 30 min şəhid. Bunlardan 172 nəfəri Masallıdandır, o cümlədən keçən il aprel döyüşlərindəki 3 şəhid. Təəssüf ki, o dövrdə böyük dövlətlər bizim torpaqlarımızı azad etməyimizə hər vəchlə mane oldular. Amma artıq qələbənin vaxtıdır. Keçən ilki aprel döyüşləri buna ən bariz nümunədir. Cənab prezident də dediyi kimi artıq səbr tükənib. düşmən torpaqlardan ya barış,ya savaş yolu ilə çıxarılmalıdır". 
Tədbirin sonunda məktəblilərin şer və səhnə kompozisiyası dinlənilib, müsabiqə qaliblərinə fəxri fərmanlar verilib, xatirə şəkli çəkilib.

 

Elmin


Xəbər xətti