"Qarabağ" Azərbaycan futbolunun etalonudur" - məşhur ispan qəzeti

14:30 - 18 Aprel 2017 - İDMAN

İspaniyanın məşhur idman qəzeti olan "AS" dünən "Qarabağ" haqda yazı dərc edib. Yazıda "Qarabağ"ın Topaz Premyer Liqada "İnter"ə 3:0 hesabı ilə qalib gələrək ardıcıl 4-cü dəfə ölkə çempionu olduğu yer alıb. Yazıda Qurban Qurbanovun komandasının son illərdə Azərbaycan futbolunun etalonu olduğu qeyd edilib.
Bundan başqa, Ağdam klubunda futbolçular Dani Kintana, Miçel Maderanın  və məşqçi Ruben Sellesin ispan olduğu vurğulanıb. Yazıda onların karyeraları haqda ətraflı məlumat verilib.qol.az

Xəbər xətti