Ana səhifə
23 Oktyabr 2018

Hurriyet: "Aprel döyüşləri ön cəbhədə Azərbaycanın mövqeyini yaxşılaşdırdı"

2016-cı ilin aprelində Dağlıq Qarabağda Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınan eskalasiya ön cəbhədə Azərbaycanın mövqeyinin yaxşılaşmasına gətirib çıxardı. Trend-in məlumatına görə bu, Böyük Britaniya beynəlxalq münasibətlər Kral İnstitutunun elmi işçisi Zaur Şiriyevin Türkiyənin “Hurriyet Daily News” qəzetində dərc olunan məqaləsində yer alıb. Müəllif qeyd edir ki, psixoloji üstünlük baxımından Bakı erməni qoşunlarının istənilən zərbənin qarşısını ala bilməsi barədə mifləri aradan götürdü. Aprel toqquşmalarından sonra ilk gözlənilən o idi ki, Qərb və Moskva tərəfləri danışıqlar masasına gətirmək üçün əməkdaşlıq edəcəklər. Amma 2016-cı ilin mayında Vyana görüşündən sonra qərb dövlətləri kənara çəkildi və qalan boşluğu Rusiyanın doldurmasına imkan yaratdı. Məqalədə qeyd olunur ki, ATƏT Minsk qrupunun digər həmsədrlərinin danışıqları aktivləşdirmək niyyətlərinin olmadığı görünür. Həmsədrlərin niyyəti böyük ehtimalla status-kvonun saxlanmasına yönəlib. Bununla da münaqişənin həlli ilə bağlı bütün təşəbbüslər Moskvanın öhdəsinə buraxılıb. Amma buna baxmayaraq, Ermənistandakı daxili siyasi hadisələr, eləcə də Moskva ilə ittifaqa ictimai etirazlar bu perspektivləri azaldıb.

Tarix
18 Aprel 2017 [12:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin