Ana səhifə
21 Noyabr 2018

Heydər Əsədov İtaliyaya gedəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2014-cü ilin 19-21 noyabr tarixlərində Roma şəhərində keçiriləcək İkinci Beynəlxalq Qidalanma Konfransında iştirak etmək üçün İtaliya Respublikasına səfər edəcək.

 

 

Ucnoqta.az bildirir ki, KTN-dən verilən məlumata görə, 1992-ci ildə keçirilmiş birinci konfransdan sonra yüksək səviyyəli tədbir olan bu Konfrans 21-ci əsrin qlobal qidalanma problemlərinə həsr olunmuş ilk hökumətlərarası dünya forumu olacaqdır.

Konfrans, dünyanın bir çox ölkələrinin ərzaq, kənd təsərrüfatı, səhiyyə və digər müvafiq nazirlik və qurumlarından olan yüksək səviyyəli şəxslərlə yanaşı BMT-nin baş katibini, Roma Papasını, hökumətlərarası təşkilatların rəhbərlərini, tədqiqatçıları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcəkdir. Tədbirdə dünyanın 90-dək ölkəsinin kənd təsərrüfatı və səhiyyə nazirinin iştirakı planlaşdırılır.

Səfər çərçivəsində nazir Heydər Əsədovun FAO-nun baş direktoru, baş direktorun xüsusi müşaviri, İtaliya Respublikasının kənd təsərrüfatı, ərzaq və meşəçilik siyasəti naziri və digər yüksək səviyyəli şəxslər ilə görüşü nəzərdə tutulmuşdur.

 

Bəhruz

Tarix
17 Noyabr 2014 [16:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin