Sabaha olan hava məlumatı açıqlanıb- 25° isti

11:57 - 16 Aprel 2017 - ÖLKƏ İÇİ

Aprelin 17-də ölkə ərazisində müşahidə ediləcək hava şəraiti ilə bağlı məlumat açıqalnıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi gündüz arabir güclənəcək.
 Havanın temperaturunun gecə 7-10° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz  19-21° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət   gecə 75-85 %, gündüz  45-50 %  təşkil edəcək.
 Azərbaycanın rayonlarında aprelin 17-də hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Lakin gündüz  bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.  

Xəbər xətti