Şimali Koreyadan uğursuz raket sınağı

09:39 - 16 Aprel 2017 - DÜNYA

KXDR ballistik raketin növbəti sınağına cəhd edib
 
Şimali Koreya test rejimində növbəti ballistik raket sınağını həyata keçirməyə cəhd göstərib, lakin sınaq uğursuz alınıb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın hərbi idarəsindəki mənbəyə istinadən “Yonhap” məlumat yayıb.
Raket sınağı ölkənin şimalında hərbi paradın keçirilməsindən bir gün sonra baş verib.

Xəbər xətti