Qəbələdə ağır yol qəzası: bir nəfər ölüb, iki nəfər yaralanıb

12:47 - 15 Aprel 2017 - HADİSƏ

Qəbələ rayonunda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə aprelin 15-i saat 3:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Qəbələnin Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1995-ci il təvəllüdlü Nəbiyev Fərid Rəşid oğlu idarə etdiyi “VAZ 2109” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə F. Nəbiyev hadisə yerində dünyasını dəyişib, avtomobildəki iki sərnişin, Vəndam qəsəbə sakinləri, 1996-cı il təvəllüdlü Həlimov Fərid Əlibala oğlu və 1991-ci il təvəllüdlü Niftəliyev Mübariz Qurbanəli oğlu ağır bədən xəsarətləri alaraq, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 
Komada olan Fərid Həlimov reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

Xəbər xətti